11 408 531
ნახვა
23 824
ვიდეო

Kərəm İncəlinin ifasında bir saz havası və bir neçə mahnı

გაზიარება
მაისი 31, 2017
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Kərəm İncəli ( Kərəm Süleyman oğlu Nəsibov) 1945-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Ustad aşıq Kamandarın yanında 4 il şəyirdlik edib. Bu azman aşıqdan aşıqlıq sənətinin sirlərini öyrənib. Ötən əsrin 60-cı illərindən başlayaraq müstəqil aşıqlıq etməyə başlayan Kərəm İncəli məclislərdə, respublikanın mədəni tədbirlərində, festivallarda və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirakçı olub. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur. O, Şaməddin Vəliyev, Mahal Pənahov, Ali Cəfərov, İmralı Məmmədov, İlham Hacıyev və Akif Manafovun ustadı olub. Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat edib, Aslanbəyli kəndində dəfn olunub.
Ötən əsrin 60-cı illərində bu ustad aşığın ifasında bir neçə mahnı Gürcüstan radiosu tərəfindən lentə alınıb və onun Qızıl fondunda qorunub saxlanılır. İndi həmin mahnıları aşıqsevərlərin marağını nəzərə alaraq saytımıza yerləşdirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი