16 913 792
ნახვა
23 824
ვიდეო

Ölsəm də dərdim yoxdur, çünki, yerimə bir Əmrah qoyub gedirəm

გაზიარება
მაისი 1, 2017
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Mən Tərmeyxan haqqında heç nə danışmayacağam. Tərmeyxan haqqında onun sazı, ləmsi hər şeyi deyir.Ötən əsrin sonlarında onun atası mərhum Sədi Yusif oğlunun Dədə Əmrah barədə xatirələrini lentə almışam. Burdakı maraqlı bir məqamı sizin nəzərinizə çatdırmaq istıyirəm. Sədi kişi nəql edir ki, günlərin bir günü Dədə Əmrah onların kəndinə gəlir. 3-4 nəfərlik bir məclis təşkil olunur. Məclisdə birdən Dədə Əmrah deyir ki, sazı mənə verin, Ruhani havasına bir gül əlavə etməliyəm. Əmrah çalır. Bu zaman Tərmeyxan dəhlizdə ona qulaq asırmış. Hava çalınıb sona yetəndə Tərmeyxan içəri girir. Dədə Əmraha üz tutaraq deyir ki, olarmı, sizi yamsılayım. Dədə Əmrah ona deyir ki, buyur bala. Tərmeyxan Dədə Əmrahın çaldığı kimi havanı çalır. Əmrah qayıdıb deyir ki, bala bu gülü hardan öyrənibsən. Deyir ki, sizdən. Əmrah deyir ki, bala bu havanı axı, yeni çaldım. Tərmeyxan qayıdıb deyir ki, onu ifa edəndə mən dəhlizdə sizə qulaq asırdım. Bu zaman Əmrah ayağa qalxır və deyir ki, indi ölsəm də dərdim yoxdur. Yerimə bir Əmrah qoyub gedirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი