11 408 531
ნახვა
23 824
ვიდეო

“Papiros qutusu” adlı birpərdəli komediyanın səhnələşdirilmiş verilişi

გაზიარება
თებერვალი 3, 2017
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Yazıçı Məhərrəm Əlizadənin “Papiros qutusu” adlı bir pərdəli komediyasının səhnələşdirilmiş verilişinə qulaq asın. Rolları ifa edirlər: Abbas Qurbanov, Göyçək Allahverdova, Sara Zeynalova, Nərgiz Süleymanova, Firidun Məmmədov. Verilişin aparıcı uzun müddət Gürcüstan Radiosunda diktor işləyən mərhum Aləmzar Rzayevadır. Bu veriliş 60-cı illərdə Gürcüstan radiosu tərəfindən lentə alınmışdır.

P.S. Onu da qeyd edim ki, bu lent yazısı təkcə Azərbaycan dilində verilişlər redaksiyasında saxlanıldığından fonda köçürülməmişdi. Redaksiya bağlanandan sonra həmin lent yazısı başqa yazılar ilə itib batdı. Yaxşı ki, bəzi lent yazılarının ilk variantlarını özümdə saxlayırdım. 19 tezliklə olan bu lent yazısını radionun səs yazma studiyasında elektron variantına çevrilməsinə nail oldum. Onu həm radionun fonduna təhvil verdim, həm də vala köçürtdürərək öz şəxsi arxivimdə saxlayıram. İndi onu teatrsevərlərin marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.
Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი